• 27 İyul 2024
logo
Çempionlar Liqasında fasilə başa çatır

Çempionlar Liqasında fasilə başa çatır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına start veriləcək.

Baymedia.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

“Kopenhagen” Danimarkada İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Eyni saatda “Leyptsiq” Almaniyada İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gələcək.

Qeyd edək ki, cavab görüşləri martın 6-da təşkil olunacaq.