• 26 Aprel 2024
logo
Azarkeşlərə şad xəbər: Daha iki "el klasiko" olacaq

Azarkeşlərə şad xəbər: Daha iki "el klasiko" olacaq

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
Baymedia.az xəbər verir ki, kor püşk bu mərhələdə daha bir ölkə nəhəngini "Real"a rəqib edib. 1/4 finalda "Atletiko"nu sıradan çıxardan Madrid klubu finala gedən yolda əzəli rəqibi "Barselona" ilə üz-üzə gələcək. Bu mərhələ 2 oyundan ibarət olacaq. Ona görə də azarkeşlər mövsüm ərzində daha iki "el klasiko" izləyə biləcəklər.
Digər yarımfinal cütündə isə "Osasuna" və "Atletik" münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, mərhələnin ilk görüşləri fevralın 7-də, cavab matçları isə martın 1-də baş tutacaq. Final görüşü isə mayın 6-da keçiriləcək.