• 10 Avqust 2022
logo
Ronaldo təyyarəsini 20 milyon funt sterlinqə satışa çıxarıb

Ronaldo təyyarəsini 20 milyon funt sterlinqə satışa çıxarıb

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Gulfstream G200” təyyarəsini satışa çıxarıb.
37 yaşlı forvard bu satışdan 20 milyon funt sterlinq qazanmağı hədəfləyib.
Superulduz 2015-ci ildə aldığı təyyarədən Portuqaliyaya müntəzəm uçuşlar üçün istifadə edir. O, sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə tətil üçün tez-tez vətənə yollanırdı. Təyyarəyə 8-10 nəfərlik sərnişin yerləşsə də, Ronaldo daha böyük model axtarır.
Qeyd edək ki, 2011-ci ildə cəmi 250 ədədi istehsal edilən “Gulfstream G200” təyyarəsinin maksimal sürəti 900 km/saatdır.