• 24 İyul 2024
logo
"Araz-Naxçıvan" portuqaliyalı futbolçunun transferini reallaşdırıb

"Araz-Naxçıvan" portuqaliyalı futbolçunun transferini reallaşdırıb

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb.

Baymedia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bernardo Oliveyra Diaş (Benni) 2024/2025 mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.

27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib. Benny buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeyras”, “Belenenseş”, SAD, “Benfika B”, “Çaveş” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb. Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.