• 27 İyul 2024
logo
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha bir idmançısı mübarizəyə başlayacaq.

Baymedia.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev ilk gürüşündə italiyalı Antonio Espositonu sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) dünya çempionatının qalibi olub. Martın 23-dək davam edəcək yarışda Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.