• 16 İyul 2024
logo
Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXXV turun növbəti oyunları keçiriləcək.

Baymedia.az xəbər verir ki, avrokuboklar uğrunda mübarizə aparan dörd komanda – “Sabah”, “Sumqayıt”, “Neftçi” və “Zirə” meydana çıxacaq.

“Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı, “Səbail” “ASCO Arena”da “Neftçi”ni, “Kəpəz” isə Tovuz şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Hər üç qarşılaşma saat 17:00-da start götürəcək.

Premyer Liqa

XXXV tur

18 may

17:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Bank Respublika Arena.

17:00. “Səbail” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

ASCO Arena.

17:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Emin Cəfərov

Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun digər görüşü isə mayın 19-da “Qəbələ” və “Araz-Naxçıvan” komandaları arasında baş tutacaq.