• 4 May 2024
logo
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu sırada başa vurub

Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu sırada başa vurub

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirinə yekun vurulub.

Baymedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov yarışın son günündə - XIV turda hindistanlı Rameşbabu Praqnanandha ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 28 yaşlı qrosmeyster rəqibinə uduzaraq, turniri qələbəsiz başa vurub. O, 3,5 xalla yekun sıralamada sonuncu - 8-ci yeri tutub.

İddiaçılar Turnirində kişilər arasında hindistanlı Dommaracu Qukeş, qadınlar arasında isə çinli Tan Çjunyi (hər ikisi 9 xal) qalib olub.