Bakıda güclü külək nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
Baymedia.az Bakı.vs-ə istinadən xəbər verir ki, Əhmədli qəsəbəsindəki Mehmandarov küçəsində ağacın aşması nəticəsində “Hunday Sonata” markalı avtomobilə ciddi ziyan dəyib.
Aşan ağacın budaqları digər maşınlara da ziyan vurub.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.