• 27 İyul 2024
logo
Vətən mənə oğul desə nə dərdim...

Vətən mənə oğul desə nə dərdim...

Vətən bir millətin illər uzunu yaşadığı, adət-ənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, Ana qucağı kimi isti, Ata qoynu kimi əmin və etibarlıdır.
Vətən sadəcə coğrafı sərhədləri olan bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Ev eşiyimiz, kəndimiz bu torpaqlardadır.Vətən müqəddəsdir, ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, göz bəbəyi kimi qorumuş, onun uğrunda vuruşaraq canlarından belə keçmişlər.
Vətəni sevmək böyük bir əxlaqi keyfiyyətdir. Bir çox halda Vətəni sevməyin imandan olduğunu vurğulayırlar. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks halda bu sevgi kamil sayılmır.
Vətən sevgimiz, Vətənə məhəbbət hissimiz əsrlərdən günümüzə ötürülən ən müqəddəs hissimizdir. Vətənin müdafiəsinə tərəddüd etmədən yollanmış və bu yolda ya şəhid olaraq ən müqəddəs zirvəyə ucalmış, ya da ki, qazi olaraq doğma ocaqlara dönmüşük.
İllərdir doğma Azərbaycanımız ən böyük problem – Qarabağ problem ilə üzləşmişdi. Mənfur qonşumuz olan ermənilər torpaqlarımızın 20 faizini işğal edib, soydaşlarımızı öz yurd-yuvalarından didərgin salmışdılar. Belə bir şəraitdə Vətən keşikçisi oğullar düşmənə nifrət hissinə köklənərək səfərbər olmuş, ön cəbhədə düşmənə qan uddurublar.
İkinci Qarabağ savaşında bütün Respublikamızda olduğu kimi Yardımlı rayonunun Anzov kəndində də vətən fədailəri, vətənpərvər oğullar könüllü şəkildə Ali Baş Komandanın sadiq, mübariz əsgəri olaraq silaha sarılmış, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda aparılan ölüm-dirim savaşına qoşularaq ön cəbhədə igidlik göstərib.
Yardımlının Anzov kəndi I Cahan savaşına 49 nəfər igid yola salmış, onlardan 18 nəfəri müxtəlif xəsarətlər alaraq geri qayıdıb, 31 nəfər isə müharibənin gedişində itkin düşmüş, sonrakı taleləri bu günədək məlum olmamışdır. Kənd ötən əsrin 90-cı illərində vətənimizin üzləşdiyi Birinci Qarabağ savaşına 14 oğlunu yola salıb, onlardan 5 nəfəri şəhid və 8 nəfəri əlil olub.
2020-ci ilin 27 sentyabrında ərazi bütövlüyümüz uğrunda baş verən Vətən müharibəsində də Anzovlu gənclər ön cəbhədə Vətənə sədaqətlə xidmət etdilər. Onları tanıtmaq borcumuzdur. Buyurun Siz də tanış olun:
1. Məmmədli Ülvi Məmməd oğlu – Leytenant, könüllü
2. İbişli Rəhman Zəfər oğlu – həqiqi hərbi xidmətdə
3. Şahbazov Əmrah Şahüseyn oğlu – həqiqi hərbi xidmətdə
4. Dünyamalıyev Əmrah Namik oğlu – qismən səfərbərlik
5. Balaşlı Təbriz Malik oğlu – könüllü
6. Fətullayev Səbuhi Çiləxan oğlu – qismən səfərbərlik
7. Novruzlu Asəm Saleh oğlu – qismən səfərbərlik
8. Hüseynov Sənan Zöhrab oğlu – qismən səfərbərlik
9. Balaşlı Qismət Şahverdi oğlu – qismən səfərbərlik
10. Mirzəli Elnur Zakir oğlu – qismən səfərbərlik
11. Ağababayev Xatəm Kamal oğlu – həqiqi hərbi xidmətdə
12. Balaşlı Etimad Adinə oğlu – həqiqi hərbi xidmətdə
13. Zöhrabov Asəf Valrh oğlu – həqiqi hərbi xidmətdə
14. Rəhmətov Kamran Qəhrəman oğlu – qismən səfərbərlik
15. Musayev Cavid Vəkil oğlu – qismən səfərbərlik
16. Əhədov Sərraf Elşad oğlu – müddətdən artıq
17. İbişli Mikayıl Aqil oğlu – leytenant hərbi xidmət
18. İbişli Vəli Xazayir oğlu – həqiqi hərbi xidmətdə
19. Fərzili Fərzi Füzuli oğlu – həqiqi hərbi xidmətdə
20. Ağababayev Furqan Kamran oğlu – həqiqi hərbi xidmətdə
21. Abdulov Nizami Murtuz oğlu – mayor hərbi xidmət
22. İbişov Bəxtiyar Tahir oğlu - müddətdən artıq
23. Səmədov Qismət Ağalı oğlu – gizir xidmətdə
24. Əlizadə Əli Sərəsdan oğlu - müddətdən artıq
25. Şabiyev Loğman Şahbaz oğlu – həqiqi hərbi xidmətdə
26. Şabiyev Elvin Natiq oğlu – qismən səfərbərlik
27. Fətullayev Ceyhun Rasim oğlu – baş leytenant könüllü
28. İbişov Rəsul Şükür oğlu – könüllü
29. Balaşlı İnqilab Allahverən oğlu – leytenant xidmətdə
30. Məmmədov Müşfiq Xamməd oğlu – qismən səfərbərlik.
Adıgedən gənclərimiz əsl vətənpərvərlərdir. Əsl vətənpərvər o adama demək olar ki, o, öz vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır.
Özünü vətəndaş zənn edən bir kəs
Vətənin dərdinə yad qala bilməz.
Təkcə adıgedənlərmi? Hamılıqla düşmənləri qəlbimizdəki vətən sevgisinin, vətən məhəbbətinin atəşi ilə məhv etməliyik. Torpaqlarımızı azad etmək üçün gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq. Bütün mənliyimizi ana vətənimizə - Azərbaycanımıza borcluyuq. Hər bir vətəndaş yurduna sadiq və layiq vətəndaş olmalıdır və bunun üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq.

Malik Balaşov
tarixçi-publisist,