• 30 Avqust 2026
logo
Azərbaycanda 24 500 manat maaş alan həkim var

Azərbaycanda 24 500 manat maaş alan həkim var

Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əmək haqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var.

Baymedia.az Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.

Onun sözlərinə görə, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.