• 20 Aprel 2024
logo
Almaniyada yaşayan azərbaycanlı həkimdən növbəti beynəlxalq uğur

Almaniyada yaşayan azərbaycanlı həkimdən növbəti beynəlxalq uğur

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən azərbaycanlı həkim Nuran Abdullayev növbəti beynəlxalq uğura imza atıb. Baymedia.az xəbər verir ki, bu barədə Nuran Abdullayev özü məlumat verib: “Xüsusi növ işemik insult xəstələrinin beyin damarlarında icra etdiyimiz əməliyyatın effektivliyindən bəhs edən "Thrombectomy for secondary distal, medium vessel occlusions of the posterior circulation: seeking complete reperfusion" adlı tədqiqatımız "Avropanın ən yaxşı tədqiqatı" mükafatına layiq görülüb.
Mükafat Avropa İnvaziv Neyroradiologiya və Neyrocərrahiyyə Cəmiyyəti (ESMINT) tərəfindən təqdim edilib və mükafatı Hamburg şəhərindən olan komandamızın gənc üzvü Lukas Meyer qəbul edib.
Bu, bir daha sübut edir ki, işemik insult xəstələrinin beyin damarlarında icra etdiyimiz əməliyyatlar, eləcə də onların üst səviyyədə təşkili və tətbiqi müasir səhiyyə siyasətində ciddi nəzərə alınır”.