• 21 May 2022
logo
Ombudsman Aparatının nümayəndələri hərbi hissəni ziyarət ediblər

Ombudsman Aparatının nümayəndələri hərbi hissəni ziyarət ediblər

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.
Nazirlikdən verilən xəbərə görə, nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də inzibati otaqlara baxış keçirib.
İnsan hüquqlarının qorunması, həmçinin hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və digər mövzularda maarifləndirici söhbətlər aparılıb.
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

Ombudsman Aparatının nümayəndələri hərbi hissəni ziyarət ediblərOmbudsman Aparatının nümayəndələri hərbi hissəni ziyarət ediblər