• 27 Yanvar 2022
logo
Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcək

Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Iğdıra magistral yolun çəkiləcəyini bildirib.
“Anadolu”nun verdiyi xəbərə görə, Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq.
“Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq”, - Türkiyə dövlət başçısı vurğulayıb.