• 9 Dekabr 2021
logo
Büdcədən gələn il məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsait açıqlanıb

Büdcədən gələn il məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsait açıqlanıb

Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına 2 362 101 755,0 manat vəsait ayrılacaq.
Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Bu məbləğin 367 296 211,0 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 390 706,0 manatı məhkəmə hakimiyyətinə, 1 767 323 977,0 manatı hüquq mühafizəyə, 102 704 436,0 manatı prokurorluğa, 10 000 000,0 manatı məhkəmə qərarlarının icrasına, 4 386 425,0 manatı hüquqi yardıma ayrılacaq.