“Biz doğrudan da hər kəsin iqlim məsələlərinə öz töhfəsini vermək üçün səfərbər olduğunu görürük”.
APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib.
"Biz çox tərəflərlə əməkdaşlıq edirik. COP29-a aparan bu yolda birlikdə addımlayırıq. Bizim 24 iqlim danışığı adlanan təşəbbüsümüz olub. Bu ilk iqlim fəaliyyəti həftəsidir və COP29-a aparan yoldur”, - deyə o qeyd edib.