• 20 Aprel 2024
logo
Agentliyin icraçı direktoru BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak edir

Agentliyin icraçı direktoru BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak edir - FOTO

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin Beynəlxalq məsələlər üzrə nümayəndəsi Toğrul Məmmədli BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrənin Cenevre şəhərinə səfər ediblər”. Bu barədə məlumatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mətbuat xidmətindən verilib. Məlumatda qeyd olunur ki, səfər çərçivəsində Agentliyin heyəti sessiyada iştirak edəcək, eyni zamanda BMT-nin Cenevrə ofisinin rəhbər şəxsləri ilə, BMT-nin İnkişaf proqramı, BMT-nin ətraf mühit üzrə ofisi, BMT-nin Davamlı İnkişaf üzrə laboratoriyası və digər təsisatlarla görüşlər keçirəcəklər.