• 29 Mart 2024
logo
“Öz Qəhrəmanını tanıt”

“Öz Qəhrəmanını tanıt”

Noyabrın 17-də Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Öz Qəhrəmanını tanıt” layihəsi çərçivəsində hazırlanmış video-çarxların təqdimat mərasimi keçirilib.

Tədbiri giriş nitqiylə açan layihə rəhbəri Murad İsayev layihənin məqsədini iştirakçıların diqqətinə çatdırdı. O, qeyd edib ki, layihənin əsas məqsədi Vətən müharibəsində iştirak etmiş gənclərin cəmiyyətə tanıdılması və gənclər arasında vətənpərvərlik ruhunun artırılmasıdır. Daha sonra layihə çərçivəsində hazırlanmış video-çarxlar təqdim olunub. Qazilər, universitet nümayəndələri və gənclər çıxışlar ediblər. Tədbirdə eyni zamanda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) mənsubları, müharibə iştirakçıları və 150 nəfər tələbə-gənc iştirak iştirak edib.