• 20 Aprel 2024
logo
Vüsal Quliyev: “QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalıdır”

Vüsal Quliyev: “QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalıdır” - VİDEO

İyunun 23-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sonuncu respublika zona konfransı keçirilib.

QHT.az xəbər verir ki, konfranda çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, bildirib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşıb: “Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir”.

V.Quliyev bildirib ki, İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi vacib amildir