• 24 Aprel 2024
logo
Qazilərimiz Adanadadır

Qazilərimiz Adanadadır - FOTO

Qardaş Türkiyə Cümhüriyyətinə səfər edən Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş qazilər, xüsusi təyinatlı hissələrin tərkibində döyüşlərdə iştirak etmiş ehtiyatda olan hərbçilərin növbəti səfəri Adana şəhərinədir.

525.az xəbər verir ki, nümayəndə heyəti 5 yanvar Adananın düşmən işğalından qurtuluşunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edir. Bu saatlarda Adana şəhərində qurtuluşun 100 illiyi münasibəti ilə yürüş keçirilir. Yürüşdə ön cərgədə Türkiyə və Azərbaycan qaziləri Türkiyə və Azərbaycan bayraqları ilə addımlayır.

Xatırladaq ki, bu səfər Türkiye Muharip Gaziler Derneyinin dəvəti, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.