• 16 İyul 2024
logo
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verilib

"Rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilat iyun ayının 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi ““Bələdiyyə büdcələrinin formalaşdırlması problemləri” layihəsinə başlayıb. Layihə 3 ay ərzində nəzərdə tutulub. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf istiqamətində dəstəklədiyi layihələrindən biridir”- bu fikirləri mətbuata ƏHD Partiyasının sədr müavini, AXC TV-nin baş redaktoru, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, layihənin əsas istiqaməti Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrdə büdcənin formalaşdırılması problemlərini araşdırmaq olacaq:” İlk öncə təşkilatımız adından QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə və əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi, 1999-cu ildən Azərbayancanda yerli özünüidarəetmə institutu formalalaşıb. 1500-dən artıq bələyyyə subyektləri və 20 000-dən artıq bələdiyyə üzvləri var. Bizim təşkilatın nizamnəməsinin əsas istiqamətlərindən biri də bələdiyyə institutunun Azərbaycanda inkişafına yarxında töhvə verməkdir. Bu ilki layihəmiz bır sıra bələdiyyələrdə görüşlər keçirmək və layihəmizdə nəzərdə tutulan icra planını həyata keçirmək olacaq.”
QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, layihə 3 ay ərzində fəaliyyət göstərəcək:” Layihəmizdə ən azı 150 yaxın şəxsin iştirakı gözlənilir. Əsasən Bakı şəhərinin ərazisində fəaliyyət göstərən bələdiyyələrdə görüşlər keçriləcək. Bu il həm də bildiyiniz kimi, dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bizim təşkilat uzun müddətdir fəaliyyət göstərir. Vətəndaş Cəmiyyətinin nümayəndəsi kimi çox arzusundayıq ki, Azərbaycanda bələdiyyələr daha geniş səlahiyyətə sahib olsun. İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi. O cümlədən qardaş Türkiyədə fəaliyyət gösətərən bələdiyyələr geniş səaliyyətə, imkana malikdir. Faktiki Azərbaycanda bələdiyyələrin geniş səlahiyyət imkanları yoxdur. Ümid edirik ki, növbəti illərdə bu istiqamətdə önəmli qərarlar qəbul olunacaq. Sonda onu da bildirim ki, təşkilatımızın keçirdiyi layihə haqqında intensiv olaraq yerli mətabuatda, sosial şəbəklərdə və internet televizyalarda məlumatlar yayılacaq. “