• 3 Mart 2024
logo
Təbrizdə erməni konsulluğu üçün fəal iş gedir

Təbrizdə erməni konsulluğu üçün fəal iş gedir

Ermənistan-İran münasibətləri sürətlə inkişaf edir.

Baymedia.az xəbər verir ki, bunu Zəngəzur vilayətinin qubernatorunun müavini Ayk Arutyunyan deyib.

Arutyunyan bildirib ki, bunlar əsrlər əvvələ gedib çıxan, indiki dövrdə formalaşan və inamlı addımlarla inkişaf edən münasibətlərdir:

“Ölkələrimiz arasında əlaqələrdə Zəngəzur bölgəsi, xüsusilə də İranın Baş Konsulluğunun 2022-ci ildən fəaliyyət göstərdiyi Qafan şəhəri özünəməxsus rol oynayır. Bu gün iranlı həmkarlarımızla birlikdə ilk dəfə olaraq dost İranın milli bayramını Qafanda qeyd edirik. Əminəm ki, Ermənistanın Təbrizdəki Baş Konsulluğu da əlaqələrin inkişafında mühüm rol oynayacaq. O konsulluğun açılışı üçün fəal işlər aparılır”.