• 3 Mart 2024
logo
Mixail Şvıdkoy Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Mixail Şvıdkoy Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Baymedia.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Seçkilərdə böyük uğurunuz və Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz iyirmi il bundan əvvəl öz xalqınıza Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinizə söz vermişdiniz və bu vədi tam yerinə yetirdiniz.

Bu gün Azərbaycan dünya birliyində mühüm rol oynayır. Bu xüsusda ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri daha dəyərlidir.

Həqiqətən də Sizin üçün, Azərbaycan üçün çox sevinirəm. Atanız Sizinlə fəxr edərdi. Bundan yüksək nə ola bilər?!

Sizə ən xoş diləklərimi çatdırıram".