İsrail-HƏMAS qarşıdurmasında bəzən səthi təhkillərə daha çox yer verilir və qeyri-adekvat münsibət sərgilənir. Əvvəlcə qeyd etməliyik ki, HƏMAS səbəb yox, nəticədir. Yəni israil ikidövlətli həll prosesini qəbul etsəydi, HƏMAS və bu tipli təşkilatlar meydana çıxmayacaqdı. Amma, çox təəssüf ki, İsrail hökumətləri nəinki ikidövlətli həll yolu ilə razılaşdılar, ümumiyətlə Yaxın Şərqdə böyük bir əraziyə sionizm ideologiyasının “vəd edimiş torpaqlar” inancı üzərindən iddia etməyə başladılar. Nəticədə HƏMAS və .s kimi müqavimət təşklatları meydana çıxdı.
Xatırladaq ki, vaxtilə İsrailin 1993-cü ildə baş naziri Ehud Barak ilə Fələstin lideri Yasir Ərəfat ABŞ prezidenti Bill Klinton vasitəsilə Fələstin dövlətinin də yaradılması ilə bağlı razılığa imza atdılar. Amma bu razılaşmadan cəmi bir il sonra Ehud Barak sağçı qüvvələr tərəfindən öldürüldü.
HƏMAS-ı İsrail və bəzi müttəfiq ölkələr tərəfindən terror təşkilatı elan edilib. Amma Türkiyə daxil olmaqla əksər ölkələr HƏMAS-ı terror təşkilatı kimi tanımırlar və bu təşkilatın siyasi qanadının nümayəndələrinin bəzi ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir . Bu yaxınlarda təşkilat təmsilçilərinin Rusiyada görüşlər keçirməsi əslində Türkiyə ilə yanaşı Yaxın Şərqdə geosiyasi cəbhəlşmədə yer alan Rusiyanın bu təşkilatdan İsrail və ABŞ-yə qarşı istifadə edəcəyi anlamına gəlir.
Təbii ki, HƏMAS proses yaradan güc deyil. HƏMAS-ın ideologiyası İsraili yox etməkdən ibarətdir və bu qruplaşmada yer alanlar öz yaxınlarını İsrail hücumları nəticəsində itiriblər. Ona görə də, HƏMAS-ı manipulyasiya etmək böyük dövlətər üçün çətin deyil. Burada əsas rolu ABŞ oynayır. Əsas məqsəd Qəzzada əməliyyatların aparılması yox, Suriyada Türkiyə və Rusiyanın planlarını neytrallaşdırmaqdan ibarətdir. Bunun üçün də “İsraili qorumaq” adı altında bölgəyə əlavə qüvvələr cəlb edilməsini legitimləşdirmək, həmçinin “Ağ ev”lə problem yaşayan İsrail baş naziri Netenyahunu siyasi səhnədən silməkdir. Çünki Netenyahu ABŞ-nin planlarına mane olur. HƏMAS-ın hücumlarına dəhştli reaksiya verməsi ilə dünya ictimaiyyətinin təpkisini təkcə İsrailə deyil, ABŞ-yə qarşı da yönəldir. Bu da ABŞ-nin “İsraili daha böyük təhlükələrdən qorumaq” üçün xüsusilə Suriyaya yeni hərbi qüvvələrin yerləşdirilməsini legitimləşdirməyə mane olur.
Ümumiyyətlə bu məsələlərdə Türkiyənin ikidövlətli həll möveyi problemin kökündən həll olması demkdir. Təbii ki, sionimz ideologiyası bunu qətiyyətlə inkar edir. Azərbaycanın da mövqeyi beynəlxalq hüququn tələblərinə tam cavab verir və Türkiyənin mövqeyi ilə yaxındır.
Ümumiyyətlə Netenyhunun ABŞ ilə hesablaşmaması və son proseslərə də qeyri-adekvat münasibət sərgiləməsi onun dünya çapında xarizmasını məhv etdi. Buna görə də onsuz da sual altında olan siyasi karyerasının sonunu daha da sürətləndirdi. Həm də daxildə ona qarşı etirazlar daha şiddətli hal almağa başladı. Hətta ordu və kəşfiyyat sistemində də narazılqlar artdı. Görünən odur ki, o, İsrailin maraqlarını düşünmür, özünün karyerası naminə isterik addımlar atır, eyni zamanda “vəd edilmiş torpaqlar” strategiyasının çökdüyü ilə barışmır və nəticədə həm də İsrailin təhlükəsizliyi üçün problemlər yaradır.
Bu baxımdan deyə bilərik ki, Netenyahu siyasi karyerasının sonunu yaşayır və uğursuz şəkildə səlahiyyət müddəti bitməmiş hakimiyyətlə vidalaşacaq...
Əli Zülfüqaroğlu