• 24 İyun 2025
logo
Gələn həftə Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq

Gələn həftə Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq

Gələn həftə Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək və Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir:

"Üç milyon vətəndaşı əhatə edən yeni sosial paket 1,1 milyon vətəndaşın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında, eləcə də sosial müavinət və təqaüdlərdə artımlarla reallaşır. Yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8,5 milyard manat əlavə vəsait ayrılır”.