• 1 Dekabr 2022
logo
Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində fərqlənən təhsil işçiləri təltif edilib - SƏRƏNCAM

Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində fərqlənən təhsil işçiləri təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabrın 4-də “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” və “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncamlar imzalayıb.

Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən üç təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.