• 9 Dekabr 2022
logo
Səfirdən Azərbaycan açıqlaması: Yeni başlanğıcdır!

Səfirdən Azərbaycan açıqlaması: Yeni başlanğıcdır!

Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur.

Baymedia.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Tvitterdə yazıb.

O bildirib ki, Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnundur:

“Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”.