• 26 Sentyabr 2022
logo
ATƏT sərhəddəki vəziyyəti müzakirə etdi

ATƏT sərhəddəki vəziyyəti müzakirə etdi

ATƏT nümayəndələri BMT Baş Assambleyası çərçivəsində Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginliyi müzakirə ediblər.
Baymedia.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun sədrlik etdiyi iclasda İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə yanaşı ATƏT-in baş katibi Helqa Mariya Şmidt də iştirak edib.
Görüşdə Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin aktual olduğu qeyd edilib.