• 30 Noyabr 2021
logo
İsrail şirkətlərinin Ağdamın bərpasında iştirakı nəzərdən keçirilir

İsrail şirkətlərinin Ağdamın bərpasında iştirakı nəzərdən keçirilir

“Ağdamda gələcək üçün ümidverici bir mənzərə gördük”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də bildirib.
Səfir İsraildən gələn iş adamlarından ibarət nümayəndə heyəti ilə Ağdama səfər etdiyini vurğulayıb.
“Biz dağılmış bir şəhər gördük, lakin eyni zamanda, gələcək üçün ümidverici bir mənzərə də gördük. Ümid edirik ki, Ağdam yenidən çiçəklənəcək və İsrail şirkətləri bu işdə tərəfdaş olacaqlar”, - İsrail diplomatı qeyd edib.