• 27 İyul 2024
logo
Əfv Komissiyası növbəti dəfə toplanır

Əfv Komissiyası növbəti dəfə toplanır

22 mayda Əfv Komissiyasının növbəti iclası keçiriləcək.

Bu sözləri Baymedia.az-a Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.

“Əlavə olaraq, sonrakı günlərdə də iclas keçirilə bilər. Hər iclasda yüzdən artıq müraciətə baxılır. Proses yekunlaşdıqdan sonra sənədlər Cənab Prezidentə təqdim olunacaq”, - R.Məcid bildirib.

Qeyd edək ki, komissiyanın bu il indiyədək 5 iclası keçirilib və 500-ə yaxın müraciətə baxılıb.