• 20 May 2024
logo
Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək.

Baymedia.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütün istiqamətlərdə öz təsirini göstərməlidir.

"Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər", - Paşinyan deyib.