• 8 Avqust 2022
logo
Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib

Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO

Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşovun müəllifi olduğu “Qanıq, Hasan, bir də Qaragöz” romanının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib ki, uzun müddət Mətbuat Şurasının sədri vəzifəsində çalışan Əflatun Amaşov ilk dəfə bədii əsər yazıb və bu əsər çox peşəkar dildə qələmə alınıb.

Rəşad Məcid gələcəkdə Əflatun Amaşovun belə əsərlər yazacağına inandığını söyləyib.

Xalq şairi Sabir Rüstəmxanlı Borçalı bədii dilində yazılan əsəri yüksək qiymətləndirib: “Azərbaycan bədii dili yarımçıqdır. Bədii dilimizin böyük Güney qolu var, bu gün ədəbi dilimizdən kənardadır. O cümlədən Borçalı bədii dilinin böyük potensialı var, o potensial də təqdim olunmalıdır”.

Sabir Rüstəmxanlı qeyd edib ki, belə potensiala malik Əflatun Amaşov ədəbiyyata gec gəlməməli idi: “Əflatun Amaşov həm bu dünyanın adamıdır, həm də bu dünyanın adamı deyil. Əflatun Amaşov proseslərə insani yanaşır. Millət vəkili də oldu, yanaşması dəyişməyib”.

Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli “Qanıq, Hasan, bir də Qaragöz” romanının real və mifik düşüncələrin məhsulu olduğunu vurğulayıb: “Əsər çox maraqlıdır. Bu, yeni üslubda yazılmış nəsr əsəridir. Əflatun Amaşova uğurlar arzulayıram”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı əsərin orijinal üsluba malik olduğunu bildiriblər.

APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı Əflatun Amaşovu roman münasibətilə təbrik edib, əsərin müasir üslubda yazılmasının diqqətçəkən olduğunu deyib. Vüsalə Mahirqızı Əflatun Amaşovun yaxşı dost, yaxşı media adamı olduğu kimi ədəbi prosesdə də uğur qazanacağına inandığını deyib: “Məncə, insan bir sahədə peşəkardırsa, hər sahədə peşəkardır. İşində peşəkar olub, insan kimi qeyri-peşəkar, xaraktersiz olmaq olmaz. Mən şəxsən özümə münasibətdə Əflatun Amaşovun dostluğa sadiqliyini görmüşəm. Bizim ortaq dostlarımız Əflatun Amaşovun 1980-90-ci illərdə ümummilli lider Heydər Əliyevi tənqid edənlərə qarşı necə sərt mövqe nümayiş etdirdiyini həmişə xatırlayırlar. Bu gün də özümüzə, mediadakı çox insana münasibətdə mən həmin mərdliyi görürəm. Mən Əflatun Amaşova uğurlar arzulayıram. Ümid edirəm ki, bu əsərin davamı olacaq”.

Yazıçı, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da əsəri yüksək qiymətləndirib.

Romanın ərsəyə gəlməsindən danışan Əflatun Amaşov hər bir yazıçının içində peşəkar jurnalist olduğunu söyləyib: “Hər bir jurnalistin içində bir yazıçılıq var, bəzən inkişaf edir, bəzən inkişaf etmir. Markes, Ernest Heminquey də jurnalist olublar. Romana gəlincə, burada insanların şeytanlaşması, kənar dünyadan gələnlərin dünyanın faciəyə getməsini bildirməsi kimi məqamlar əksini tapıb. Bu da təsadüfi deyil, bu gün dünyada gedən proseslər də göz önündədir”.

Əflatun Amaşov romanın onun iç dünyasını əks etdirdiyini vurğulayıb: “Roman trilogiyadır, bu, ilk kitabdır, davamı da olacaq”.

Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib - FOTO