• 9 Oktyabr 2024
logo
Azərbaycanlı qadın jurnalist polis bölməsində döyüldü

Azərbaycanlı qadın jurnalist polis bölməsində döyüldü

Polis bölməsində çəkdiyim əziyyətləri heç vaxt unutmayacağam. Sadə bir xəbər yaydığım üçün məni bölməyə apardılar, polkovnikin göstərişi ilə iki əsgər və bir qadın məmur məni pilləkənlərdə sürüdü, üstümə əl qaldırdıqları zaman ölüb-dirildim.

Baymedia.az xəbər verir ki, bunu təbrizli jurnalist Fatimə Qulipur Gəncəli özünün X hesabında yazıb.

Təbrizli jurnalist bundan əvvəl əzadarlıq mərasimində baş verən kütləvi davanı ictimailəşdirdiyinə görə iyulun 9-da polis qüvvələrinin kiberməkana nəzarət bölməsinə çağırılıb. O, bir neçə saat dindirildikdən və barəsində cinayət işi açıldıqdan sonra müvəqqəti sərbəst buraxılıb.

Fatimə Qulipur “kiber məkanda yalan məlumatlar yaymaq”da günahlandırılıb.

Qeyd edək ki, Təbriz Baş İnqilab və Dövlət Prokurorluğunun birinci istintaq şöbəsi Fatimə Qulipurun işi üzrə ittiham aktını məhkəməyə göndərib və jurnalistin mühakimə edilməsi barədə qərar çıxarıb.