• 27 İyul 2024
logo
Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşəcək

Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 5-də Sankt-Peterburqda dünya xəbər agentliklərinin rəhbərləri ilə görüş keçirəcək.

Baymedia.az xəbər verir ki, bu barədə jurnalistlərə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, söhbət “sual-cavab” formatında olacaq və Rusiyanın daxili və xarici siyasətinin aktual aspektlərinə həsr olunacaq.

Qeyd edək ki, bu, uzun illərdir TASS-ın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil etdiyi ənənəvi tədbirdir.