• 27 İyul 2024
logo
Güclü külək Təbrizdə fəsadlar törətdi

Güclü külək Təbrizdə fəsadlar törətdi

Noyabrın 28-dən başlayan güclü külək nəticəsində Təbriz və ətraf bölgələrə ciddi ziyan dəyib.
Baymedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, külək nəticəsində dam örtükləri sökülüb, elektrik enerjisinin verilişində problemlər yaranıb.
Təbrizdən Liqvana gedən elektrik enerjisi naqillərinin qırılması, elektrik dirəklərini aşması nəticəsində Liqvan qəsəbəsi və ətraf kəndlər işıqsız qalıb.