• 2 Mart 2024
logo
Anar Nəcəfliyə XİN-də yüksək vəzifə verildi

Anar Nəcəfliyə XİN-də yüksək vəzifə verildi

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə yeni rəis təyin edilib.

Baymedia.az APA-ya istinadən xəbər verir ki, Anar Nəcəfli XİN-in yeni protokol rəisi təyin edilib.

XİN-dən məlumatı təsdiq ediblər.

Qeyd edək ki, bundan öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev Asiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Ramil Rzayev 12 oktyabradək Protokol İdarəsinin rəisi vəzifəsini icra edib.