• 29 Mart 2024
logo
Hirkan Milli Parkında baş verən yanğın söndürüldü

Hirkan Milli Parkında baş verən yanğın söndürüldü

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib.

Bu barədə Baymedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ərazidə növbətçilik təşkil edilib.

Yanğın nəticəsində quru ot örtüyü yanıb.

Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.