• 2 İyul 2025
logo
DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirib

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.
Əməliyyat Naxçıvandakı gömrük-keçid məntəqələrində aparılıb. Saxlanılan şəxslərin olduğu, həmçinin Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində istintaq hərəkətləri aparıldığı, bir neçə nəfərin saxlanıldığı bildirilir.
Məlumata görə, DTX-da Naxçıvan MR-nın gömrük rəsmilərinin milyonlarla manat dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəylidir. O, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğludur. Komitənin sədr müavini Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsidir.
Xatırladaq ki, bir müddət öncə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb.
Bundan başqa Naxçıvan DGK və DİN-in də eyni qaydada ləğv edilərək mərkəzləşdirilmiş qaydada idarə olunacağına dair iddialar var.