• 26 Sentyabr 2022
logo
İranda etiraz aksiyalarının miqyası genişlənir

İranda etiraz aksiyalarının miqyası genişlənir

Hazırda İranın bir çox şəhərində, o cümlədən, Tehran, Təbriz, Zəncan, Qəzvin, Sari, Məşhəd və digər şəhərlərində etiraz aksiyaları keçirilir.
Baymedia.az-ın məlumatına görə, aksiyalarda müxtəlif şüarlar səsləndirilib.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq ötən gün İranın bir neçə şəhərində aksiyalar keçirilib. O, şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.