• 8 Avqust 2022
logo
İran zindanlarında 10 məhkum edam edilıib-Onlardan üçü azərbaycanlıdır

İran zindanlarında 10 məhkum edam edilıib-Onlardan üçü azərbaycanlıdır

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İranın Şiraz, Səbzvar, Kirmanşah, Gürgan, Həmədan və Ərdəbil zindanlarında adam öldürməkdə ittiham olunan 4 məhkum edam ediılib.
İyulun 31-də 30 yaşlı Rza Meraci Şirazın Adilabad zindanında, 36 yaşlı Nemət Vəlipur isə Səbzvar şəhərinin zindanında edam edilib.
Bununla yanaşı eyni gündə Əyyub Mirzayi adlı məhbusun Kirmanşahın Dizelabad zindanında, 28 yaşlı Pəyam Nurinin isə Ərdəbilin mərkəzi zindanında edam hökmlərinin icra edilib.
Eyni halda narkotik maddələrin alverində günahlandırılan iki azərbaycanlı məhbus Əhməd Qədimi və Şəhram Yadigari Həmədan şəhərinin zindanında, daha 4 məhbus isə eyni ittihamla Gürgan şəhərinin zindanında edam edilib.
İran rəsmiləri və dövlət mediası adı çəkilən şəxslərin edamı barədə heç bir açıqlama verməyiblər.
Gunaz.tv