• 19 Aprel 2024
logo
Azərbaycan qətldə təqsirləndirilən gənci beynəlxalq axtarışa verib

Azərbaycan qətldə təqsirləndirilən gənci beynəlxalq axtarışa verib - FOTO

Azərbaycan hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.
Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Nurlan Bağırov mütəşəkkil dəstə tərəfindən xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmə maddəsi ilə təqsirləndirilir. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən N. Bağırov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.