• 20 Aprel 2024
logo
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar ölkəsinə təhvil verilib

Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar ölkəsinə təhvil verilib

Qonşu və dost İranın Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair Memorandum və Birgə Bəyanat, həmçinin hüquqi yardım sahəsində dövlətlərarası müqavilələr çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət, o cümlədən məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşları olduqları ölkələrə verilməsi həyata keçirilir.
Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, dövlətimizin hər zaman qarşılıqlı hörmətə, mehriban qonşuluğa əsaslanan humanist siyasətinin və xoş niyyətinin əyani təzahürü olaraq cari il yanvarın 19-da ölkəmizdə cəza çəkən 3-ü qadın olmaqla 21 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib. Bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.