• 19 Aprel 2024
logo
Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqlayıb

Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Qırmızı Kənd qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü İsmayılov Alim Yuri oğlu bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Alim İsmayılov 9-cu sinif şagirdi olan tanışı, 2006-cı il təvəllüdlü Novruzov İsmayıl Ələs oğlu tərəfindən bıçaqlanıb. İ. Novruzov saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.