Mina fəlakəti: qurbanların say artmaqdadır – EKSPERT narahatdır
Minalar əleyhinə aparılan kampaniyaların müəyyən hesabatı var. Təəssüf ki, Azərbaycan minalarla çirklənmiş ərazilər içərisində ilk 10-luqdadır. Minaların kütləvi şəkildə yerləşdirilməsi infrastruktur layihələrinin həyata keçirməsini ləngidir. Bu da məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesini gecikdirir.
Bu yerdə əsas məsələ gündəmə gəlir. Ermənistan minalanmış ərazilərin xəritələrini vermir. Bu xəritələrin olmadığına dair fikir səslənir ki, bu da inandırıcı deyil. Hərbi məlumatlara görə bu cür hal mümkün deyil. Minalanan ərazilərin xəritəsi mütləq tərtib olunmalıdır".
Mina problem ilə bağlı AXC TV-nin "Azad meydan" verilişində sualları Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov cavablandırıb.
Ətraflı videoda: