• 3 Sentyabr 2026
logo
Mingəçevirdə 21 yaşlı oğul anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb

Mingəçevirdə 21 yaşlı oğul anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb

Avqustun 20 -də 05 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Baymedia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 2003-cü il təvəllüdlü oğlu Çıraqov Rəşad Xalid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.