• 3 Sentyabr 2026
logo
17 yaşlı oğlan adam öldürdü: cinayət işi açıldı

17 yaşlı oğlan adam öldürdü: cinayət işi açıldı

09:10

Avqustun 15-də saat 3 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Hüseyn Famil oğlu Feyzullayevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Baymedia.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

Avqustun 15-də saat 04 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səid Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub