Təbriz həbsxanasında “qəsdən adam öldürməkdə” ittiham edilən dörd məhbus dar ağacından asılıb.
Baymedia.az bildirir ki, bu barədə İran İnsan Haqları Təşkilatı – HRANA məlumat yayıb.
Edam edilən məhbuslardan ikisinin şəxsiyyəti müəyyənləşib - Təbrizin Qışlaq kəndindən olan 44 yaşlı Məhəmməd Ənsari Qışlaq və Həştrud bölgəsindən olan 32 yaşlı Əli Mehdian.
Edam edilən digər iki şəxsin isə Əfqanıstan vətəndaşları olduğu vurğulanıb.