• 24 İyun 2025
logo
Bakıda zəncirvari qəza: 4 maşın toqquşdu - Video

Bakıda zəncirvari qəza: 4 maşın toqquşdu - Video

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Əsəd Əhmədov küçəsində iki "Toyota", "Nissan" və "Hunday" markalı avtomobillər toqquşub. Qəzaya səbəb yüksək sürətlə hərəkətdə olan "Toyota"lardan birinin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması olub. Dirəyi dibindən qoparan "Toyota" daha sonra digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: