• 3 Sentyabr 2026
logo
Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurub

Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurub

Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.

Baymedia.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45 radələrində təcili tibbi yardımın bölməsinə cərəyan vurma səbəbilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.