• 3 Sentyabr 2026
logo
Bakı Dəniz Limanında işçi yıxılaraq öldü

Bakı Dəniz Limanında işçi yıxılaraq öldü

Bakı Dəniz Ticarəti Limanında bədbəxt hadisə baş verib.

Baymedia.az Report-a istinadla xəbər verir ki, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.

M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.