• 22 Oktyabr 2024
logo
Qərbi Azərbaycanda Norveç vətəndaşı həbs edildi

Qərbi Azərbaycanda Norveç vətəndaşı həbs edildi

İyulun 9-da təhlükəsizlik məmurları Qərbi Azərbaycan əyalətinin Üşnü (Üşnəviyyə) şəhərində Norveç vətəndaşı olan Hadi Zahirini həbs edərək naməlum yerə aparıblar.

Baymedia.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

17 ildir Norveçdə yaşayan Hadi Zairinin ailəsini görmək üçün İrana qayıtdığı bildirilib. Bir neçə gün əvvəl isə o təhlükəsizlik idarəsinə çağırılıb, dindirilib, özünün, həyat yoldaşının və iki övladının pasportları müsadirə olunub.

Onun harada saxlanıldığı və nədə ittiham edildiyi barədə məlumat əldə etmək mümkün olmayıb.